Sabunçuda malikanə tipli fərdi yaşayış evlərində qaz sayğacına qanunsuz müdaxilə halları aşkarlandı – VİDEObackend

Sabunçuda malikanə tipli fərdi yaşayış evlərində qaz sayğacına qanunsuz müdaxilə halları aşkarlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən fərdi yaşayış evlərində qaz sayğacına müdaxilə faktı aşkarlanıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə malikanə sahibi olan Nurəddin Həsənov qaz sayğacına qanunsuz müdaxilə edib.

Qəsəbəsinin digər sakini Xuraman Hüseynovaya məxsus malikanə tipli fərdi yaşayış evinin də sayğacında eyni hal aşkarlanıb.

Kənar müdaxiləyə məruz qalan hər iki malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib.

Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilərdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək”, – deyə məlumatda qeyd edilib.