Alban əsilli Britaniya vətəndaşı Mentor Rama saç əkimi və diş əməliyyatından sonra İstanbulda vəfat edib.
Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, hadisə 11 noyabrda baş verib. Rama İstanbuldakı klinikalardan birində saç əkimi əməliyyatı üçün Türkiyəyə gəlib. Ertəsi gün o, yerli klinikada diş əməliyyatı keçirib. Otelə qayıtdıqdan sonra xəstələnib və xəstəxanaya çatdırılsa da ölüb.
Hadisə ilə bağlı araşdırma başlayıb. Artıq məhkəmə-tibbi ekspertizası aparılsa da, ölüm səbəbi hələ müəyyən edilməyib.
//Samir Qurbanov, Editor.az

