Saç ustasının evinə gedən qadın zorlandı – “Qışqırdım və…”backend

Saç ustasının evinə gedən qadın zorlandı – “Qışqırdım və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məşhur bir kurortda özünü bərbər kimi qələmə verən şəxs turist qadını zorlayıb.

Editor.az The National qəzetinə istinadən xəbər verir ki, Mərakeş vətəndaşı olan bu şəxs 15 il həbs cəzasına məhkum edilib.

Nəşrin yazdığına görə, mərakeşli Dubaydakı Jumeirah Lakes Towers otelindəki restoranda qadınla tanış olub, özünü saç ustası kimi təqdim edib və kosmetik məhsullarını endirimlə satmaq bəhanəsi ilə onu mənzilinə dəvət edib. “Özünü bərbər kimi təqdim etdi və mənə işlədiyi salonun kartını verdi” deyən qadın yaşı və milliyyətini açıqlamayıb. “Mənzilindən endirimli qiymətlərlə satdığı məhsulları mənə təklif etdi” deyən turist əlavə edib ki, mənzilə girdikdə onu zorlayıb. “Qışqırdım və susmayacağım halda məni öldürəcəyini söylədi” deyən qadın baş verənlərdən sonra mənzildən qaçıb və polisə müraciət edib. Kişi isə  saxlanıldıqda qadının 500 dirhəm (təxminən 9 945 rubl) qarşılığında cinsi əlaqəyə girməyə razı olduğunu iddia edib.

Loading...