Sadio Mane azərkeşi olduğu klubun adını çəkdibackend

Sadio Mane azərkeşi olduğu klubun adını çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqal milli komandası Benin milli komandasını “3:1” hesabı ilə məğlub edib. Editor.az “sporx” a istinadən xəbər verir ki, oyunda hər üç qolu İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul”un hücumçusu Sadio Mane vurub. “Het-trik” edən oyunçu oyundan sonra hansı kluba keçəcəyi ilə bağlı sualları cavablandırıb.

“”Barselona”da, “Bayer Münhen”də pis klublar deyil. Ancaq mənim ürəyim “Marsell”ə döyünür”,- deyə Mane bildirib.

Qeyd edək ki, Sadio Manenin “Liverpol”la müqaviləsinin bitməsinə hələ bir il var. Bundan əlavə o, bu mövsüm “Liverpul”un heyətində 51 oyunda 23 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbər Hacıağayev, Editor.az