“Sadovod”u yenidən yandırdılarbackend

“Sadovod”u yenidən yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın cənub-şərq hissəsində “Sadovod” bazarında yanğın baş verib. Yanğına ikinci mürəkkəblik dərəcəsi verilib. “112” teleqram kanalının məlumatına görə, xilasedicilər hazırda bütün insanları təxliyə edirlər.

Hadisə şahidlərinin sözlərinə görə, 20-ci sırada yerləşən çadırlar yanıb.

Qurbanların olmadığı, bir nəfərin xəsarət aldığı qeyd edilir. Onu da əlavə edək ki, ilin iyun ayında da “Sadovod”da yanğın baş vermişdi və ümumi sahəsi 30 kv.m olan ərazi yanmışdı.

Xatırladaq ki, “Sadovod” bazarı azərbaycanlı milyonçu Qod Nisanova məxsusdur.

//Samir Qurbanov, Editor.az