Abşeron rayonunun Saray qəsəbəsində faciə baş verib.
Editor.az modern.az-a istinadən xəbər verir ki, qəsəbə sakinlərinin məlumatına görə, Saraydakı H.Axundov adına 3 saylı məktəbin şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu dəm qazı səbəbindən boğlaraq ölüb.
Hadisə 5 yanvarda bas verib. Şagirdin anasının da dəm qazından zəhərləndiyi bildirilib.
Qadının hazırda ağır vəziyyətdə olduğu və oğlunun vəfatından xəbər tutmadığı qeyd edilib.

