Şagirdi güllələyən şəxs 3 dəfə məhkum olunubmuşbackend

Şagirdi güllələyən şəxs 3 dəfə məhkum olunubmuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Mingəçevir şəhərində məktəblini güllələyən şəxs saxlanılıb.

Editor.az xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 18-i axşam saat 20 radələrində Mingəçevir şəhərinin “Yeni Həyat” yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan 3 dəfə atəş açaraq Xocalı rayon sakini Orxan Kərimovu qətlə yetirib.
Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov tutulub. Onun üzərindən cinayəti törətdiyi “Makarov” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Əlvan Qasımov istintaqa təhvil verilib.