Şagirdlər arasında yoluxma artır: Məktəblər yenidən bağlanmalıdır?-Təhsil ekspertindən AÇIQLAMAbackend

Şagirdlər arasında yoluxma artır: Məktəblər yenidən bağlanmalıdır?-Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq vəfat etməsi hər kəsi kədərləndirdi. Əlbəttə ki, bir çoxu buna görə məktəbi, təhsili günahlandırır. Deyirlər ki, məktəblər açılmasa idi, bu hal olmazdı”.

Editor.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil ekspertinin sözlərinə hər kəs arqumentində haqlı olsa da nəzərə almaq lazımdır ki, yoluxma məktəbdə yox, məktəbə qədər baş verir:

“Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məktəbi görürük. Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Əlbəttə ki, onların da vəfatından kədərlənirik. Harda olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik”.

Kamran Əsədov bildirib ki, hər kəs vaksinasiyada iştirak etməlidir:

“Çağırışlar edilir ki, məktəblər bağlansın. Əgər bu ediləcəksə, yenədə nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik və ya ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməli, bütün sahələri bağlamaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az