Şahbaz Quliyevin bacısı: “Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”backend

Şahbaz Quliyevin bacısı: “Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.

Bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.

“Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”, – deyə o, bildirib.

İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.

Qeyd edək ki, bu gün 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.