Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir – FOTObackend

Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Moskvanın “Vnukovo 2” hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Aleksey Qardeyev, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşləri gözlənilir.