“Sahil əhalisi dənizdən əvvəlki kimi yararlana bilmir”-ŞƏRHbackend

“Sahil əhalisi dənizdən əvvəlki kimi yararlana bilmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hal- hazırda Xəzər dənizində səviyyənin aşağı enməsi Azərbaycan Respublikasının ən böyük problemlərdən biridir”.

Bunu Editor.az-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib.

Ekoloqun fikrincə, dənizin səviyyənin aşağı enməsi ilə bərabər çoxlu saylı problemlər ortalığa çıxır:

“Məsələn, gəmilərin sahilə yanaşmasında problem var. Bir çox replikasiya obyektlərində təhlükə yaranır. Sahil əhalisi dənizdən əvvəlki kimi yararlana bilmir. Dənizdə çoxsaylı bəyazlıqlar əmələ gəlir ki, bu da balıqların yaşama şəraitini pisləşdirir. Bir çox hallarda Xəzərə tökülən çaylar, dənizə çatmır. Beləliklə çoxsaylı problemlər yaranır. Hal – hazırda Azərbaycanda “Milli adaptasiya programına dəstək” layihəsi, Azərbaycan hökümətini və BMT – nin inkişaf proqramı ilə birlikdə həyata keçirilir. Bu layihədə çoxsaylı ekspertlər qrupu yaranmış problemlərdən həll yolunu axtarırlar. Dövlət üçün müəyyən təkliflər hazırlanır”.

//Mehin Vəliyeva, Editor.az