Şahin Bağırov polkovniki işdən çıxardı – FOTObackend

Şahin Bağırov polkovniki işdən çıxardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.