Şahramanyan HƏBS olunacaq – ŞOK İDDİAbackend

Şahramanyan HƏBS olunacaq – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir Nikol Paşinyan Ermənistanın növbəti məğlubiyyətinə görə məsuliyyət daşıyanları müəyyənləşdirib”.

Bu sözlər Qarabağ separatçısı Metakse Akopyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Paşinyan heç nəyi təsadüfi etmir, onun bütün bəyanatları düşünülüb və konkret nəticəyə hesablanıb, ona görə də bu bəyanatlara ayrılıqda yox, ümumi hadisələr kontekstində baxmaq lazımdır. Akopyan Paşinyanın parlamentdə Qarabağ ermənilərinə qarşı sözlərini (“erməni vergi ödəyicilərin hesabına alınan silahı qoyub qaçdınız”) xatırladıb.

Erməni separatçı bunu ermənilər üçün təhlükəli hesab edib.

Akopyanın bildirdiyinə görə, separatçıların sonuncu “rəhbəri” Şahramanyan yalnız bu bəyanatdan sonra qondarma “müdafiə ordusu”nun (terror qruplaşmasının – red.) son günə kimi Ermənistan hökumətinə tabe olduğunu və Müdafiə Nazirliyinin struktur bölməsi olduğunu qeyd etməyə məcbur qalıb.

Akopyan qeyd edib ki, Paşinyanın qırmızı xətləri yoxdur, o, “Qarabağ məsələsini bağlamaq” istiqamətində dayanmayacaq.

Metakse Akopyan Paşinyanın Azərbaycan tərəfini razı salmaq üçün Şahramanyanı həbs edə biləcəyini də istisna etməyib.

Musavat.com