Şahruddin “Adana Demirspor”da debüt edib, iki dəqiqə sonra qol buraxıbbackend

Şahruddin “Adana Demirspor”da debüt edib, iki dəqiqə sonra qol buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubunda debüt edib.

“Report”un məlumatına görə, 29 yaşlı qolkiper səfərdə “Kasımpaşa”ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın qələbəsi ilə bitib – 2:1.