Şahzadə Konstantin 51 yaşında qəflətən vəfat edibbackend

Şahzadə Konstantin 51 yaşında qəflətən vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lixtenşteyn Knyazlığından verilən açıqlamaya görə, Knyazlıq ailəsi Lixtenşteyn Şahzadəsi Konstantinin 5 dekabr 2023-cü ildə gözlənilmədən dünyasını dəyişdiyini təəssüflə bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, taxtda yeddinci olan Konstantinin ölüm səbəbi açıqlanmayıb.

Qrafinya Mari Qabriele Franziska ilə evli olan Konstantinin üç övladı var: Şahzadə Moritz, Şahzadə Georgina və Şahzadə Benedikt.

Ölən şahzadə Konstantin kral ailəsinə məxsus özəl bankçılıq və aktivlərin idarə edilməsi qrupu olan Lixtenşteyn Qrupunun müşahidə şurasının sədri olub.

Ölkədə nəşr olunan yerli “Vaterland” qəzetinin məlumatına görə, əyalət parlamentində Şahzadə Konstantin bir dəqiqəlik sükutla yad edilib. Bundan əlavə, şahzadənin şərəfinə ölkə daxilində kilsələrdə zənglər çalınıb.

Qeyd edək ki, tam adı Constantin Ferdinand Maria olan şahzadə 1972-ci il martın 15-də anadan olub. O, Şahzadə II Hans-Adam və Vçinits və Tettau qrafinyası Mari Kinskinin üçüncü oğlu idi. Hüquq üzrə magistr dərəcəsi olan Prins Raiffeisen və Brown Brothers Harriman kimi banklarda çalışıb.

Erkən yaşda dünyasını dəyişən şahzadə Konstantin sonuncu dəfə müharibə səbəbindən Ukraynanı tərk etməli olan mühacirlər üçün pul yığıb.

//Səbinə Hüseynli, Editor.az