Sakaryada (Türkiyə) qatı duman səbəbindən baş verən zəncirvari qəzada 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Editor.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Magistral yolun İstanbul istiqamətindəki Dağdibi ərazisində qatı duman səbəbindən 3 avtobus və 7 minik avtomobili, o cümlədən bir yük maşını zəncirvari qəzaya məruz qalıb.
İstanbul istiqamətində magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb. Sakarya valisi Yaşar Karadeniz bildirib ki, qəza nəticəsində ilkin məlumatlara görə 10 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəza Şimali Mərmərə magistralının Sakaryada yerləşən hissəsində baş verib. Vali əlavə edib ki, yaralılar hazırda xəstəxanalara çatdırılır və xilasetmə qruplarının bölgədəki işi davam edir.
//Samir Qurbanov, Editor.az

