Salah İngiltərədə ilin futbolçusu seçildibackend

Salah İngiltərədə ilin futbolçusu seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Peşəkar Futbolçular Birliyi(PFA) İngiltərədə ilin ən yaxşı futbolçusu olaraq “Liverpul”un misirli ulduzu Mohemed Salahı seçib.

Editor.az xəbər verir ki, PFA-da verilən açıqlamada bildirilib ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 qol vurmağa nail olub.

Salahla eyni sayda qol vurmağa nail olan “Tottenham”ın hücumçusu So Heung Min Salahla birgə qızıl topa layiq görülüb.

“Mançester Siti”nin formasını geyinən Fil Folden ardıcıl ikinci dəfə İngiltərənin ən yaxşı gənc futbolçusu seçilib.

PFA-nın müəyyəmləşdirdiyi illin onbirliyi aşağıdakı kimidir:

Alison-“Liverpul”
Trend Aleksandr Arnold-“Liverpul”
Virqil Van Dijik-“Liverpul”
Antonio Rudiger-“Çelsi”
Joa Kansalo-“Mançester Siti”
Kevin De Brünye-“Mançester Siti”
Tiaqo Alkantra-“Liverpul”
Bernardo Silva-“Mançester Siti”
Sadio Mane-“Liverpul”
Kriştiano Ronaldo-“Mançester Yunayted”
Mohamed Salah-“Liverpul”

//Nəzərbəy Hacıağayev, Editor.az