2023-cü ildə İngiltərənin “Liverpul” klubunun misirli ulduzu Muhammed Salahın klubla müqaviləsi bitir.
Editor.az “sporx” a istinadən xəbər verir ki, Salah bununla bağlı açıqlama verib.
“Nə baş verir bilmirəm. Müqaviləmin bitməsinə bir il qalıb. Hesab edirəm ki, azərkeşlər nə istədiyini bilir. Məsələ pulla əlaqəli deyil. Bu klub mənim üçün hər şeyi ifadə edir. Burada futboldan aldığım zövqü heç bir klubdan ala bilmədim. Klub üçün hər bir şeyimi verdim. Bunu hər kəs gördü. Bir çox inanılmaz xatirələrim var. Buranı özümü evim kimi görürəm”,-deyə Salah bildirib.
Qeyd edək ki, Salah bu mövsüm 42 oyunda 30 qola, 13 məhsuldar ötürməyə imza atıb.
//Editor.az

