Salih Özcan “Borussiya Dortmund”a transfer olunurbackend

Salih Özcan “Borussiya Dortmund”a transfer olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Köln” klubunda möhtəşəm performansı ilə yadda qalan Türkiyə milli komandasının oyunçusu Salih Özcan Almaniyanın digər klubu “Borussiya Dortmund”a transfer olur.

Editor.az “Bild” ə istinadən xəbər verir ki, “Borussiya Dortmund” bu transferin baş tutması üçün “Köln” klubuna 10 milyon avro ödəyəcək.

Xatırladaq ki, “Köln” forması ilə 34 matça çıxan 24 yaşlı Özcan 2 qol vurmağa da nail olub.

Qeyd edək ki, bir müddət əvvəl seçim qarşısında qalan Salih Özcan Türkiyə millisində oynamağı seçmişdi. O, Türkiyə-İtaliya oyunu ilə “ay-ulduzlu” millidə debüt etmişdi.

//Nəzərbəy, Editor.az