Salma Hayek Hollivuddakı irqçilikdən şikayətləndi – FOTOLARbackend

Salma Hayek Hollivuddakı irqçilikdən şikayətləndi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika əsilli amerikalı aktrisa Salma Hayek Hollivuddakı irqçilikdən şikayətlənib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Yahoo News” xəbər verib.

54 yaşlı sənətçinin sözlərinə görə, gəncliyində ona karyerasının 30 ildən sonra bitəcəyini aşılamağa çalışıblar.

“Mənə meksikalı qadının heç vaxt müvəffəq olmayacağını söylədilər, çünki o günlərdə meksikalı qadının Hollivudda aparıcı rol alacağını təsəvvür etmək mümkün deyildi”, – deyə o bildirib.

Aktrisa özünün də buna demək olar ki, inandığını, lakin təslim olmadığını qeyd edib.

“İstəyirəm ki, digər qadınlar da bunu başa düşsünlər. Çünki 30 yaşında da, 40 yaşında da təzyiq hiss edirsən, lakin gec çiçəklənmə əladır”, – Hayek əlavə edib.