Salman Rüşdünü Amerikada döydülərbackend

Salman Rüşdünü Amerikada döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yaşayan məşhur iranlı yazıçı Salman Rüşdi Nyu-Yorkun qərbindəki Chautauqua İnstitutunda mühazirə oxuyarkən naməlum şəxsin hücumuna məruz qalıb.

Bu barədə Editor.az “Associated Press”ə istinadən xəbər verir. Xəbərə görə, həmin şəxs Rüşdini yumruqları və bıçaqla vurmağa başlayıb və bundan sonra mühafizəçilər onu tutublar. Nyu York Polis Departamenti yazıçının boynundan bıçaqlandığını açıqlayıb. O, helikopterlə xəstəxanaya aparılıb və hələlik durumu haqqında heç nə məlum deyil. Qeyd edək ki, 2012-ci ildə İranın dini fondu – “15- Khordad Foundation” yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib. 1989-cu ildə İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. Həmçinin İran rəsmiləri və qurumları da Salman Rüşdinin Məhəmməd peyğəmbərin həyatından “Şeytan ayələri” romanında müsəlmanların müqəddəs mətnlərinə zidd olan epizodların təsvirinə ciddi reaksiya veriblər. Yuxarıda təsvir olunan hadisələrlə əlaqədar olaraq Britaniya hökuməti Rüşdini öz himayəsinə götürüb.

O, dönə-dönə bildirib ki, yaradıcılığı ilə dindarları incitməyə çalışmayıb və romanın özü bütövlükdə yaradıcılıq vahidi kimi heç kimin hisslərini incitmək iqtidarında deyil. “Romanı birdən oxumaq olmaz. Əgər bir kitabı oxumağa başlayırsan və onu bəyənmirsənsə, sadəcə onu bağlamaq lazımdır. Bu zaman o, dərhal səni incitmək imkanını itirir ” – yazıçı deyib.

Samir Editor.az