Prezident Salome Zurabişvili Amerikanın “Politico” nəşrinə müsahibəsində Gürcüstanda keçiriləcək seçkilər və onun planları barədə danışıb.
Jurnalistin onu ən çox narahat edən sualına prezident belə cavab verib: “Biz [Avropa İttifaqı ilə] danışıqlara başlamaq üçün ilk şansı əldən verdik.
Əgər Xartiyanı imzalayan avropapərəst qüvvələr və partiyalar seçkilərdə qalib gəlsələr, mən yəqin ki, bu Xartiyanın növbəti Avropa Şurasına çatdırılması və danışıqların hələ müəyyən edilməmiş hansısa mövqedən başlanmasını təmin etmək üçün onların yanında olacağam”, – Zurabişvili deyib.
“Politico” yazır ki, Salome Zurabişvili seçkiləri “ekzistensial” adlandırır, lakin nəticələri proqnozlaşdırmaqda ehtiyatlanır. Bu arada o qeyd edib ki, “Gürcü Arzusu” üçün Qərb tərəfdaşları ilə münasibətləri bərpa etmək “olduqca çətin” olacaq.
“Etdikləri çoxsaylı hücumlardan sonra Avropa Birliyi və amerikalı tərəfdaşları ilə hər hansı bir əlaqəni bərpa etmək onlar üçün çox çətin olacaq.” Gürcüstan prezidenti növbəti dəfə hakim “Gürcü Arzusu”nun həm qurucusu, həm də fəxri sədri Bidzina İvanişvilini tənqid edib: “Mən sui-qəsd nəzəriyyələrinə girə bilmərəm, baxmayaraq ki, plan bu ola bilər… Bəlkə də (Bidzina İvanişvilinin) Moskva ilə əlaqələri hələ də mövcuddur və güclənir”, – Salome Zurabişvili bildirib.
//Samir Qurbanov, Editor.az

