Sentyabrın 25-də Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan hökumətinin razılığı olmadan növbəti Avropa turnesinə başlayıb.
Editor.az bildirir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb. Elə bu gün Tallində Zurabişvilinin Estoniya prezidenti Alar Karis ilə görüşü planlaşdırılır.
Çərşənbə axşamı Zurabişvili Riqada Latviya lideri Edqars Rinkeviçlə, çərşənbə günü, sentyabrın 27-də isə Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə danışıqlar aparacaq.
//Samir Qubanov, Editor.az

