Salome Zurabişvili Mixail Saakaşvilinin əfvi barədəbackend

Salome Zurabişvili Mixail Saakaşvilinin əfvi barədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv olunması məsələsini müsbət həll etmək niyyətində deyil: “Belə çıxır ki, nə dediyimin heç bir əhəmiyyəti yoxdur.Və belə çıxır ki, kimlərsə məndən nə edəcəyimi və nəyi etməyəcəyimi yaxşı bilir.

Bir dəfə demişəm və təkrar etmək istəyirəm: bu, qanunvericiliklə müəyyən edilib və mənim ixtiyarımdır”, – Salome Zurabişvili deyib. Prezident qeyd edib ki, onun “Xeyr, heç vaxt” kimi səslənən ilk bəyanatı qüvvədə qalır. Siyasətçi əlavə edib ki, ona indi həm xaricdən, həm də ölkə daxilindən təzyiqlər var. O, bu təzyiqi tətbiq edənləri bunun heç bir effekt verməyəcəyini başa düşməyə çağırıb.

Qeyd edək ki, bu günlərdə Saakaşvilinin əfv olunması məsələsi yenidən gündəmə gəlib. Klinikada olan eks-prezident parlament seçkilərində “Vahid Milli Hərəkat”ın seçki kampaniyasında iştirak etməyə hazırlaşır və partiya üzvləri onun əfv olunması xahişi ilə Zurabişviliyə müraciət etmək niyyətindədirlər. Avropa Parlamenti ötən həftə analoji qətnamə qəbul edib.

//Samir Qurbanov, Editor.az