Salome Zurabişvili müxalifətdən narazıdırbackend

Salome Zurabişvili müxalifətdən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını bildirib.

Onun sözlərinə görə, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşıblar. “Heç kim müxalifətdən razı deyil – nə mən, nə də əhali. Çünki müxalifət başqa şeyə hazırlaşmışdı. Biz nizamnaməyə uyğun fəaliyyət planını (müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə plan) bilirdik, hansı qanunlar qəbul edilməlidir, növbəti seçkilərə necə çatmalı idik”, – deyə xanım Zurabişvili “Mtavari Arxi”yə müsahibəsində bildirib.

Qeyd edək ki, ölkədə seçkilər oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 89 mandat (53,93%) əldə edən hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Səsvermənin ertəsi günü müxalifət seçkilərdə saxtakarlıq olduğunu elan edib və prezidentin də iştirak etdiyi etiraz aksiyalarına başlayıb. Müxalifət koalisiyaları alternativ parlament yaratmaq niyyətindədir.

//Samir Qurbanov, Editor.az