Salyan rayon prokurorluğundan arvadını öldürən şəxslə bağlı AÇIQLAMA – YENİLƏNİBbackend

Salyan rayon prokurorluğundan arvadını öldürən şəxslə bağlı AÇIQLAMA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon Prokurorluğu məlumat yayıb.

İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan Rayon Prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

11:44

Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişə zəmnində kənd saini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsgəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.

İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq polisə təslim olub.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.