Neftçala rayon sakini yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, rayonun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili avtobusla toqquşub.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.
Dekabrın 18-də saat 9:50-də Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib.
Məlumatda qeyd olunub ki, avtomobillərin toqquşması nəticəsində iki nəfər (kişi) Salyan RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabil qiymətləndirilir”.

