Salyanda dəhşətli qətlin təfərrüatı: Ərlə arvadın başını kəsib bağa atdılar – YENİLƏNİB + FOTO/VİDEObackend

Salyanda dəhşətli qətlin təfərrüatı: Ərlə arvadın başını kəsib bağa atdılar – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunun Kərimbəyli kəndində qətl hadisəsi baş verib.

1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.

Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Qətlə yetirilən şəxslərin yaxınları hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.

Ərlə arvadın qudası İ.Məmmədovun heç kimlə probleminin olmadığını bildirib:

“Çox gözəl, hamıya kömək edən insan idi. İşdə idim. Oğlum zəng etdi ki, ölüblər, gəl özünü çatdır”.

Onların digər qudası isə cinayəti törətməkdə heç kimdən şübhələnmədiklərini qeyd edib:

“Gəlib gördük ki, öldürüb üzlərini də örtüblər. Kimləsə düşmənlik olduğunu bilmirəm”.

“Ailəni 50 ildir tanıyıram. Heç kimlə konfliktləri yox idi”, – digər ailə yaxını deyib.