Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-də saat 15:10 radələrində 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.
***17:03
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, rayonun Kürsəngi kəndi ərazisində “VAZ-2107” markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri – 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Oruc oğlu, 1996-cı il təvəllüdlü Cəfərova Aytəkin Hafiz qızı, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı və 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğludur.
Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir da qəza nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

