Şamaxı və Xızıda zəlzələ oldu – Yaşayış məntəqələrində hiss olundubackend

Şamaxı və Xızıda zəlzələ oldu – Yaşayış məntəqələrində hiss olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Şamaxıda zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilir ki, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda yerli vaxtla 06:40-da qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Ocağı 6 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, ötən gün də Şamaxı rayonu ərazisində bir neçə dəfə yeraltı təkanlar baş vermişdi.