Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərləndibackend

Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Editor.az xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində baş verib.

Hadisə nəticəsində bir ailənin üç üzvü 1980-ci il təvəllüdlü Ağacanov Ruhlan Nagı oğlu, 2008-ci il təvəllüdlü Ağacanov Ruhin Ruhlan oğlu və 2015-ci il təvəllüdlü Ağacanlı Zəhra Ruhlan qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Onların evdəki qaz sobasından zəhərləndiyi güman edilir. /APA