“Nefçti” klubunun baş məşqçi postuna keçən Samir Abasov “ağ-qaralar”la iki illik müqavilə imzalayıb.
“Neftçi” klubu təcrübəli çalışdırıcının işindən razı qalacağı təqdirdə 2026-cı ilin yayında kontrakt minimum daha 1 il uzadılacaq.
Samir Abasov bu gün günorta saatlarında kollektivi ilk məşqə çıxaracaq.
Qeyd edək ki, bu Samir Abasovun “Neftçi”yə ikinci gəlişidir. Vaxtilə futbolçu kimi “ağ-qaralar”ın formasını geyinmiş çalışdırıcı 2020-2022-ci illərdə baş məşqçi vəzifəsini tutub.
Anar Həsənov
Samir Abasov “Sumqayıt” klubu ilə yolları ayıraraq “Neftçi”nin sükanı arxasına keçib.
Editor.az xəbər verir ki, o, Müşahidə Şurasının üzvləri ilə təcili görüşə çağırılıb və burada anlaşma əldə olunub.
Qeyd edək ki, Samir Abasov 2020-2022-ci illərdə də “Neftçi” klubunu çalışdırıb və “ağ-qaralar”la çempionluq yaşayıb.

