Samir Abbasov “Gənclərin dostu” Milli Mükafatına layiq görülübbackend

Samir Abbasov “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb.

Mükafat S.Abbasova “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı tərəfindən Daşkənd şəhərində təqdim edilib.

Samir Abbasov bu mükafata Özbəkistanla Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafında, eyni zamanda, gənclərin təşəbbüslərinin dəstəklənməsindəki xidmətlərinə görə layiq görülüb.