Samir Rzayev AZAL-ı milli pilotlardan təmizləyir – ŞİKAYƏTbackend

Samir Rzayev AZAL-ı milli pilotlardan təmizləyir ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Aviasiya Akademiyasının hər zaman ölkəmizin böyük strateji əhəmiyyətə malik olan aviasiya və aerokosmik sahədə kadr potensialına ciddi yanaşması, peşəkar pilotlar yetişdirməsi barədə fikirlər tez-tez səsləndirilib.

Amma məlum olub ki, Samir Rzayevin AZAL rəhbəri təyin olunmasından sonra milli kadrlardan yararlanmaq bir yana, ümumiyyətlə çalışanların belə sıradan çıxarılması prosesi gedir.

Bu barədə Gununsesi.info-ya uzun illər AZAL-ın pilotu kimi çalışan bir qrup şəxs müraciətində deyib.

Redaksiyamıza müracət edən Azərbaycan vətəndaşları olan pilotlar bildirib ki, hazırda 40 nəfərə yaxın pilot uçuşlardan kənarlaşdırılıb.

Onların sözlərinə görə, buna səbəb isə AZAL-ın Türkiyədən və başqa ölkələrdən pilot işə götürməsidir.

“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib” deyən pilotlar əlavə edir ki, milli kadrlar müxtəlif bəhanələrlə uçuşlardan uzaqlaşdırılır.

Onların iddiasına görə, bu prosesə Samir Rzayevin Türkiyə vətəndaşı olan müşavirlərindən biri rəhbərlik edir.

Məsələ ilə bağlı AZAL-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu versək də, cavab ala bilmədik.