Samirənin qızı ilə paylaşımı təhqir olundu – Polisə üz tutdu – FOTObackend

Samirənin qızı ilə paylaşımı təhqir olundu – Polisə üz tutdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Samirə Yusif qızının sosial şəbəkədə qızı Fəridə ilə paylaşdığı fotosu qalmaqala səbəb olub.  

Editor.az  bizim.media-ya istinadən xəbər verir ki, sənətçi klip çəkilişi zamanı qızı ilə avtomobilin önündə poz verərək şəkil çəkdirib.

Həmin şəkildə Fəridənin yaxası ilə çiyin hissəsinə əlini uzadaraq, alt geyiminin bir hissəsini açıq qoyması izləyicilər tərəfindən xoş qarşılanmayıb. Onlar tənqid bir yana, təhqir dolu şərhləri ilə ana-balaya hücüm çəkiblər.

Bir fotoya görə ünvanı daş qalaq olan S.Yusifqızı məsələyə yazdığı şərhlə belə münasibət bildirib.

“Bu klip çəkilişindəndir. Foto qəfil çəkilib. Uşaq köynəyini düzəldəndə foto çəkilib. Burda nə var ki? Bəsdirin də. Gedin lüt çıxanlara da yazın da. Çatmır hünəriniz? Tünzaləyə, Brillianta, Röya və ya Aygünə… Sadalayım yenə?

Qüruruma heç kimin şübhəsi ola bilməz. 20 ildən çoxdur yoldaşım rəhmətə gedib. Ailə qurmadım uşaqlarıma görə. 25 yaşından dul qaldım. Amma namusla yaşadım, halal övladlar böyütdüm. Qəlbə dəyməyin, qəlb Kəbə evidir” – deyə, Samirə yazıb.

Sənətçinin yazdığı bu şərh isə sosial şəbəkə əhlini daha da qıcıqlandırıb. Oqtay Səfərov adlı izləyici

“Özünüzə hörmət edin” və digər yazdığı ağır sözlərlə dolu şərhlərlə Samirəni və qızını təhqir edib. Bundan sonra meyxanaçı ilə izləyicisi arasında şərh bölməsi savaş meydanına çevrilib.

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Samirə Yusif qızı ilə əlaqə saxlayıb.

Sənətçi bildirib ki, onu və qızını təhqir edən Oqtay Səfərov adlı izləyici barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

“Bu cür insanlar cəzalanmalıdır ki, ağılları başlarına gəlsin. Həmin şəxslə bağlı Xətai rayon polis bölməsinə şikayət olunub. Araşdırma aparılır. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Mədəniyyətimizi, abrımızı qoruyub cavab vermiriksə, bu o demək deyil ki, davamlı təhqirlərə məruz qalmalıyıq. Ümüd edirəm ki, hüquqi müstəvidə bu məsələ öz həllini tapacaq”.