Samuxda 3 yaşlı uşaq su hovuzuna düşüb.
Rayonun Sərkar kəndində 2014-cü il təvəllüdlü Namazov Mürşüd Röyal oğlu həyətdə dərinliyi 1-1,5 metr olan su hovuzuna düşərək boğulub. Valideynləri azyaşlını hovuzdan çıxartsalar da, onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma gedir.
///APA