San Fermin festivalında 3 nəfər yaralanıbbackend

San Fermin festivalında 3 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 pandemiyası ilə əlaqədar 2 ildən çoxdur ki, keçirilməyən “San Fermin” festivalı yenidən təşkil olunub. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə festival qansız başa çatmayıb. Belə ki, festivalda 3 nəfər qəzəbli öküzlərin hədəfi olub. Öküzlərin hücumuna məruz qalanlar ağır yaralanıb. Yaralananlardan ikisi Avstraliya, biri isə İspaniya vətəndaşıdır.

Qeyd edək ki, “San Fermin” festivalı ənənəvi olaraq hər il İspaniyanın Pamplona şəhərində keçirilir və dünyanın müxtəlif yerlərindən yüzlərlə insan festivalda iştirak etmək üçün gəlir. Festival bu il iyulun 16-a qədər müxtəlif tədbirlərlə davam edəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az