Sanksiyalar Rusiya iqtisadiyyatını SOVET DÖVRÜNƏ qaytara bilərmi?backend

Sanksiyalar Rusiya iqtisadiyyatını SOVET DÖVRÜNƏ qaytara bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ödənişlərini xarici valyuta ilə həyata keçirməkdə çətinlik çəkməsi ölkənin defolt riskini artırıb. Bu, əslində Qərb ölkələrinin sanksiyalarla əldə etmək istədikləri məqsədlərdən biridir. ABŞ Xəzinədarlığı Rusiyanın öz bankları vasitəsilə dollarla ödənişlər etməsinə mane olub ki, ölkə borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəksin. Britaniyanın xarici işlər naziri Liz Truss, tətbiq etdikləri sanksiyalarla Rusiya iqtisadiyyatını sovet dövrünə qaytarmağı hədəflədiklərini bildirib.

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının dağılması zamanı 1998-ci ildə maliyyə böhranından sonra Rusiyanın defolt olduğu və sabit məzənnə rejiminin olmadığı dövrdə vəzifəyə başlayıb.

Həmin dövrdə Rusiya iqtisadiyyatı dünyaya açılmağa başladı və kapitalizmin ən böyük nümayəndəsi olan ABŞ şirkətləri ölkənin illərdir bağlı qalan qapılarından içəri girdi. Bu gün isə bunun əksi baş verir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə malik, illərdir qlobal maliyyə sisteminə inteqrasiya olunmuş bir ölkə olan Rusiyadan iri şirkətlər bir-bir uzaqlaşır.

Bəs Rusiya həqiqətənmi iqtisadi cəhətdən sovet dövrünə qayıdır? Əgər belədirsə, bunun iqtisadi və siyasi nəticələri necə olacaq?

İqtisadiyyat professoru, Pensilvaniya Dövlət Universitetinin beynəlxalq maliyyə və enerji təhlükəsizliyi mərkəzinin rəhbəri Barry W. Ickes Britaniya Xarici İşlər Naziri Trussun sözlərini “şişirdilmiş” hesab edir:

“Rusiya iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıtmır və özəl sektor hələ də fəaliyyət göstərir. Rusiya təbii ki, sanksiyalardan çöküb, lakin bu, sovet dövrünə qayıdış demək deyil”, – İkes bildirib.

İngiltərədəki Uorvik Universitetinin İqtisadiyyat üzrə fəxri professoru Mark Harrisonun fikrincə isə Rusiyanın Sovet İttifaqına qayıtması üçün rusların real gəlirləri üçdə biri azalmalıdır:

” Çünki ruslar 1990-cı illərdən bu templə öz gəlirlərini artırıblar. Qərbin tətbiq etdiyi sanksiyalarla rusların belə bir gəlir itkisi yaşamasının mümkün deyil. İqtisadi sanksiyaların təsiri bəzən çox şişirdilə bilər. İnsanlar düşünür ki, əgər bir ölkəni X-dən məhrum etsəniz, X ilə əlaqəli bütün fəaliyyətlər dayanacaq. Amma bu, çox vaxt belə olmur, çünki sanksiyaların təsirinə məruz qalanlar tədarükü məhdudlaşdırılan malların və ya fəaliyyətlərin alternativini tapmaq üçün çox çalışırlar”.

Harrisonun sözlərinə görə, bu günkü Rusiya iqtisadiyyatı ilə Sovet iqtisadiyyatı arasındakı əsas fərq ölkənin daha zəngin olmasıdır:

“Rusiya iqtisadiyyatı illər ərzində müxtəlif yollardan keçib. Ölkənin ilkin gəlirləri kənd təsərrüfatı və istehsaldan neft, qaz satışı və xidmət sahələrindən oldu. Bu gün bütün bunlar Rusiyanın ÜDM-nin 60 faizini təşkil edir. Eyni zamanda, hal-hazırda Rusiya iqtisadiyyatında  idxal və ixracdan əl olunan gəlir sovet iqtisadiyyatındakından iki dəfə çoxdur. Bu, Qərbin tətbiq etdiyi sanksiyaların əsasını təşkil edir”.

//Gülnarə Abasova, Editor.az