Ekspertlər açıqladı
Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən piştaxtalarda bəzi məhsullar yoxa çıxa bilər. Onların arasında xarici qazlı və spirtli içkilər , “PepsiCo içkiləri (Pepsi, 7Up, Mirinda və başqaları) və s. də var.
Bu barədə Editor.az “RİA Novosti”yə istinadən xəbər verir.
Məsələn, ekspert İnna Qolfandın fikrincə, istehlakçılar Çexiya pivə zavodları və ya Britaniya viski markaları kimi böyük spirt istehsalçılarının məhsullarını görməyəcəklər.
Lakin bəzi mütəxəssislər hesab edirlər ki, Rusiya bazarı sanksiyalara görə çətinliklərlə üzləşsə də, heç bir məhsul piştaxtalardan itməyəcək – ekstremal hallarda onları başqa ölkələrdən gələn məhsullar əvəz edəcək.
“Kaboş” aqrar-sənaye qrupunun prezidenti Dmitri Matveyevə görə yüksək texnologiyalı məhsulların təchizatı ilə bağlı problemlər yarana bilər. Məsələn, Avropa və Amerika şirkətlərinin Rusiyada istehsalının dayandırılması səbəbindən Çin avtomobillərinə tələbat artacaq.
Geyim və ayaqqabı satışı ilə əlaqədar vəziyyət barədə danışan ekspertlərin fikrincə isə vəziyyəti proqnozlaşdırmaq çətindir. Bu, mövsümilik də daxil olmaqla bir çox amillərlə bağlıdır.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Editor.az

