Sanksiyalar Türkiyəyə necə təsir edəcək?-Çavuşoğlu AÇIQLADIbackend

Sanksiyalar Türkiyəyə necə təsir edəcək?-Çavuşoğlu AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Ankara səfirinin Boğazları Rus döyüş gəmiləri üçün bağlamağı tələb edib.

Montre müqaviləsinə görə bu mümkündürmü?

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Ukrayna bu barədə rəsmi müraciət edib:

“Montre müqaviləsinin müddəaları çox açıq və dəqiqdir. İndiyə qədər Türkiyə hər dəfə tərəddüd etmədən Montre razılaşmasını həyata keçirib. Yəni Türkiyənin iştirak etmədiyi müharibədə müharibənin iştirakçısı olan ölkələrə qarşı görülə biləcək tədbirləri var. Türkiyə döyüş gəmilərinin boğazlardan keçməsini dayandıra bilər. Lakin Montre Konvensiyasında bir məqam da var. Əgər döyüşən ölkələrin gəmilərinin öz bazalarına qayıtması tələbi varsa, buna icazə verilməlidir. Müharibə vəziyyətində olandan sonra mütəxəssislərimiz bunun üzərində işləyir. Müharibə vəziyyətini qanuni qəbul etsək, bu proses başlayacaq. Amma biz qadağan etsək də, rusların bəzi hüquqları var. Müqavilədə 19, 20 və 21-ci maddələr onları tənzimləyir. Qeyd olunur ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq tələbi ilə keçmək istəyirsə, icazə verilir”.

Sanksiyalar Türkiyəyə necə təsir edəcək?

M. Çavuşoğlu bildirib ki, Rusiyaya qarşı sanksiyalara nəzər saldıqda görürük ki, onlar daha çox fiziki şəxslərə qarşı yönəlib:

” Bəzi iqtisadi, xüsusilə də maliyyə sanksiyaları var. Son nəticədə sanksiyaların bizə nə dərəcədə təsir edəcəyi sanksiyaların miqyasından və əhatə dairəsindən asılıdır. Məsələn, təbii qazı, nefti əhatə edəcəkmi? Bu, əlbəttə ki, təkcə bizə deyil, Avropaya da təsir edir. Bu, şübhəsiz ki, turizmə təsir edir. Bu prosesin nə qədər davam edəcəyindən asılıdır”.

//Gülnarə Abasova, Editor.az