Sankt-Peterburqdakı toplantıda ortaya çıxan suallar – Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda…backend

Sankt-Peterburqdakı toplantıda ortaya çıxan suallar – Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiya ilə əlaqədar beynəlxalq konfranslar və liderlərin kütləvi görüşləri adətən onlayn fotmatda keçirilir. Sankt-Peterburqda isə iki canlı tədbiri birdən keçiriblər. Müstəqil Dövlət Birliyinə üzv olan dövlətlərin parlament sədrləri Sankt-Peterbuqrda əvvəlcə “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. Daha sonra parlament sədrlərinin iştirakı ilə MDB Parlamentlərarası Assambleyasının plenar iclası keçirilib”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Politoloq bir Sankt-Peterburqda keçirilən toplantılarla bağlı maraqlı məqmlara toxunub.

“Bu toplantılara nə ehtiyac var idi? Hər iki toplantını onlayn formatda keçirmək mümkün olmazdımı? Rusiyada yoluxma sayı da azalmayıb ki, deyəsən ki, canlı ünsiyyət şəklində iki konfransın keçirilməsinə ehtiyac var idi. Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır.

Deməli, Kremlin qərarı belə olub ki, MDB parlament sədrləri mütləq Sankt-Peterburqda toplanmalı və əməkdaşlıqdan danışılmalıdır. Halbuki, yenicə müharibədən çıxan iki ölkə – Azərbaycanın və Ermənistanın parlament sədrləri çıxışlarında öz arqumentlərini səsləndiriblər. Ermənistanın parlament sədri “əsirlərdən”, Azərbaycanın parlament sədri isə minalanmış ərazilərin xəritəsinin təhvil verilməməsindən danışıb”.

Elxan Şahinoğlu bildirib ki, sonuncu məsələ ilə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlaması diqqəti çəkib:

“Şoyqu deyib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. “Ora (işğaldan azad olunan ərazilər nəzərdə tutulur) tamamilə minalanıb. Ora əhali qayıda bilmir. Kimsə qayıdıb? Hələ ki, heç kim”, – rusiyalı nazir qeyd edib.

Birincisi, Rusiya BMT-yə müraciətini rəsmi Bakı ilə razılaşdırıbmı? Çünki söhbət Azərbaycan ərazilərindən gedir. İkincisi, Şoyqu minalanmış ərazilərlə bağlı xəritələri erməni həmkarından istəyibmi? Axı Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda minaları kimlər basdırıb. Yox əgər Şoqyu düşünür ki, inandırıcı olmasa da, minalanmış ərazilərin xəritəsi yoxdur, buna da aydınlıq gətirməsinə ehtiyac var”.

“Qayıdaq Sankt-Peterburqdakı toplantıya. Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko MDB Parlamentlərarası Assambleyasının plenar iclasında belə bir cümlə işlədib: “Biz Azərbaycan prezidentinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq”.

Azərbaycan prezidenti harda deyib ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılmalıdır? Rusiyanın baş qərargah rəisi erməni həmkarını bugünlərdə qəbul edərkən Rusiyanın Cənubi Qafqazda strateji müttəfiqinin Ermənistan olduğunu gur səslə bildirib. Azərbaycan prezidenti isə Rusiyaya müraciət edərək bunları deyib: “Ermənistan ordusunu kimə qarşı modernləşdirirsiniz?”, “İsgəndər raketləriylə bağlı Sizdən izahat gözləyirik”. Kreml bu sualları cavabsız qoyarkən Rusiya ilə hansı müttəfiqlik münasibətlərindən danışmaq olar?”, – deyə E.Şahinoğlu qeyd edib.