Şanxayda əhalinin təminatı ilə bağlı çətinliklər yaranıbbackend

Şanxayda əhalinin təminatı ilə bağlı çətinliklər yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində koronavirusa yoluxanların sayı artdıqdan sonra karantin tədbirləri sərtləşdirilib.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, qapanmalar və sərt karantin tədbirləri ilə əlaqədar evlərindən çıxa bilməyən insanlara ərzaq, dərman və digər tələbat mallarının çatdırılmasında problemlər yaranıb. Yaranan çətinliklər səbəbiylə bağlanan bəzi mağaza və apteklər yenidən xidmət göstərməyə başlayıb.

Hökumət rəsmiləri şəhərdə düyü, un və yağ qıtlığının olduğunu qeyd ediblər. Şəhər admistrasiyası yaşlı insanları dərman və ərzaq məhsulları ilə təmin edib. Bildirilib ki, bələdiyyə və yerli hakimiyyət orqanları evlərini tərk edə bilməyən insanların ehtiyaclarını ödəmək üçün koordinasiyalı şəkildə fəaliyyət göstərir.

//Editor.az