Şanxayda karantin qaydaları sərtləşdirilirbackend

Şanxayda karantin qaydaları sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda koronovirusun yenidən yayılması ilə əlaqədar olaraq karantin qaydaları bir qədər də sərtləşdirilir.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhər rəhbərliyi aprelin 1-nə kimi şəhərin qərb hissəsində məhdudiyyətlər tədbiq etmişdi. Ancaq buna baxmayaraq dünən şəhərin qərb bölgəsində 5982 yoluxma faktı qeydə alınıb. Hökumət nümayəndələri karantin qaydalarına məhəl qoymayanların, COVİD-19 testi verməkdən imtina edənlərin sərt şəkildə cəzalanacağını söyləyib.

Qeyd edək ki, Çinin Şanxay şəhəri Covid-19 virusunun ilk aşkarlandığı şəhərlərdəndir.

//Editor.az