Şanxayda yenidən qapanmalar olacaqbackend

Şanxayda yenidən qapanmalar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronovirusun ilk təsadüf etdiyi çinin Şanxay şəhərində yenidən sərt karantin tədbirləri olacaq.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, buna səbəb şəhərdə yeni növ COVİD-19-a yoluxma hallarının artmasıdır. İlk başda şəhər rəhbərliyi qapanmaların əleyhinə olsa da sürətli artım onları bu qərarı verməyə məcbur edib. Yoluxma sayı digər ölkələrə nisbətdə və pandemiyanın ilk illərinə görə az olsa belə yenə də 25 milyonluq şəhərdə iki mərhələli qapanmalar olacaq.

Bu gündən aprelin 1-nə kimi şəhərin şərq, aprelin 1-dən 5-nə kimi isə şəhərin qərb hissəsində qapanmalar olacaq. Qapanmalar çərçivəsində iş yerləri və şəhərin ictimai nəqliyyatının fəaliyyəti dayandırılacaq.

//Nəzərbəy Hacıağayev, Editor.az