Şanxayda yoluxma sayı azalıbbackend

Şanxayda yoluxma sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin ən böyük sənaye şəhəri Şanxayda günlərdir “COVİD-19” a yoluxanların sayı getdikcə artırdı.

Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərdə baş tutan iki həftəlik qapanmalardan sonra xəstə sayının kəskin azaldığı müşahidə olunur.

Şanxay səhiyyə idarəsinin rəsmi nümayəndəsi  yoluxma statistikası ilə bağlı açıqlama verib.

“Şəhərdə epidemioloji vəziyyət stabilləşib. Xəstəliyin kütləvi yayılmasının qarşısı alınıb. Görülən tədbirlər öz effektini verir. 16.3 milyon insan hələ də evlərini tərk edə bilməsə də vəziyyətin normallaşmasından sonra  7.85 milyon insan işlərinə davam edə bilər”, – deyə bildirilib.

Qeyd edək ki, dünən Şanxayda 2494 nəfər simptomatik, 16407 nəfər isə asemptomatik  vəziyyətdə COVİD-19-a yoluxub, 7 nəfər isə həyatını itirib.  Onlardan iki nəfərin ağciyər xərçəngi və müxtəlif xəstəliklərə  yoluxduğu bildirilir. Beş nəfərin isə ürək və diabet kimi ciddi sağlamlıq problemləri olduğu açıqlanıb.

  //Editor.az