Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi Ağayev Azər Allahverdi oğluna qarşı iddia qaldırıb. Tribunainfo.az-ın xəbərinə görə, Şirvan Kommersiya Məhkəməsində işə hakim Zaur Abbasov sədrlik edib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və lizinq müqaviləsi üzrə mübahisələrdir. Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Məmməd Musayevdir.
O, mediada “Şapka Mamed” kimi tanınır. O, əvvəllər “Aqrarkredit”in rəhbəri olub. Adı “Beynəlxalq Bank” işi və digər maxinasiyalarda keçib. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır.