Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi – Paşinyanbackend

Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı və komandasını Azərbaycanın müharibəyə daha yaxşı hazırlaşmasına imkan yaratmaqda ittiham edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, N.Paşinyan bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

“Sarkisyan və komandası Qarabağ məsələsinin həlli kontekstində şübhəli şüar irəli sürdülər: “Pis” danışıqlar “yaxşı müharibə”dən yaxşıdır. Onlar hələ də başa düşməyiblər və ya artıq başa düşüblər ki, bununla Bakıya müharibəyə hazırlaşmağa vaxt veriblər”, – deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl də Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Qarabağ proseslərini dolaşığa salmaqda, ikinci prezident Robert Köçəryanı Qarabağı danışıqlardan çıxarmaqda ittiham etmişdi.