Sarkisyan Ermənistandakı böhrandan çıxış yolunu açıqladıbackend

Sarkisyan Ermənistandakı böhrandan çıxış yolunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda növbədənkənar parlament seçkiləri Dağlıq Qarabağ müharibəsindən sonra yaranmış böhran vəziyyətindən çıxmağa yol açmalıdır.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Moskvaya özəl səfəri zamanı Rusiyanın erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

“Ermənistan Qarabağdakı müharibədən sonra yaranmış böhrandan birgə işlə, növbədənkənar seçki yolu ilə çıxa bilər… Növbədənkənar seçkilər, bundan əvvəl isə xalq razılığı hökumətinin formalaşdırılması lazımdır”, – “TASS” Sarkisyanın sözlərini sitat gətirir.

Sarkisyanın fikrincə, bir-birini “qara və ağ”lara bölməyi dayandırmaq, səhvlərdən nəticə çıxarmaq və hamının fəxr edəcəyi Ermənistanı, eləcə də qalib gələcək ordunu yaratmaq lazımdır.