Sarkisyanın da aqibəti bu cür olacaq – Paşinyan devrilsə, müharibə başlayacaqbackend

Sarkisyanın da aqibəti bu cür olacaq – Paşinyan devrilsə, müharibə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda Paşinyan əleyhinə nümayişlər getdikcə güclənir və meydanlara çıxanların sayı durmadan artır”.

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət tək Nikol Paşinyanın yox, elə “Qarabağ klanı”nın da məğlubiyyəti idi:

“Bu, Nikol Paşinyanın yürütdüyü siyasətdən narazı qalan kütlənin artması həm də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə də bağlıdır. Çünki revanşistlər həm də Nikol Paşinyanı devirmək üçün əsgər analarından istifadə edirlər. Lakin maraqlıdır ki, Paşinyana qarşı cəmləşən müxalif qruplar arasında yenidən “Qarabağ klanı”nın üzvlərini və əsas simalarını görmək olur.

Bu xüsusda Serj Sarkisyanın “Paşinyanı devirək, sonra Şuşa məsələsinə baxacağıq” fikirləri də ondan xəbər verir ki, əgər Ermənistanda Sarkisyan-Köçəryan cütlüyü hakimiyyətə gələrsə, nəyinki sülh prosesi dayanacaq, eləcə də radikal millətçi qruplar 3-cü Qarabağ müharibəsinə hazırlıq həyata keçirəcəklər. Bu da tamamilə qəbul olunan deyil. Çünki Rusiyanın da, Avropa İttifaqının da mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı sülh daha da möhkəmləndirilməli və təhlükəsizlik arxitekturası gücləndirilməlidir. Lakin bu fikirləri qəbul etməməklə yanaşı, Azərbaycan həm də öz tədbirlərini həyata keçirməlidir.

İşğaldan azad olunan ərazilərdə Komando Hərbi Hissələrinin yaradəlması, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibinin genişləndirilməsi və digər operativ texniki tədbirlərlə yanaşı həm də müasirt texnologiyalara yiyələnmək və onların tıətbiqi ilə bağlı təlim-seminarların genişləndirilməsi də mühim əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün güclü resuruslara və potensiala malikdir. Eyni zamanda Vətən müharibəsində qazanılan qələbə ilə yanaşı, hərbi qulluqçularımız böyük təcrübəyə də yiyələndilər.

Azərbaycan 5-ci nəsl silahlara yiyələnməklə müharibə texnologiyalarını döyüş meydanında tətbiq etdi. Lakin hazırda sülhü təhdid etmək və regionda destruktiv fəaliyyət həyata keçirtmək niyyəti ilə hakimiyyətə gəlmək istəyən qrupların da aqibəti elə Paşinyanın rəhbərlik etdiyi ordu kimi olacaq. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gələndən cəmi 2 il sonra İkinci Qarabağ müharibəsi baş verdi və belə demək mümkündürsə, Azərbaycan Köçəryan-Sarkisyan ordusunu məhv etdi.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın qurduğu müdafiə səddini və istehkamlarını darmadağın edərək, öz doğma torpaqlarımızı işğaldan azad etdik. Buna görə də biz əslində elə Sarkisyanı və Köçəryanı məğlub etmişik və onların qurduğu ordunu yerlə-yeksan etməklə yanaşı, 10 min fərarinin meydana gəlməsinə Azərbaycanın Müzəffər Ordusu müvəssər oldu. Ona görə də bu, əslində elə “Qarabağ klanı”nın da bir məğlubiyyəti idi. Bu səbəbdən də onların yenidən hakimiyyətə gəlmək istəyi, müxtəlif güclərə arxalanaraq bu fəaliyyəti həyata keçirmək istəyi də reallaşmayacaq. Çünki Paşinyan az müddət ərzində hakimiyyətdə olsa da, məğlub olsa da  öz tərəfdarları və elektoratı var.

Hətta nümayişçilərlə Paşinyanın tərəfdartları arasında da insidentlər yaşanır. Bu, onu deməyə əsas verir ki, Paşinyanın güclü sosial dayağı və dəstəyi var. Eyni zamanda nəzərə almaq lazımdır ki, müharibədə məğlub olan Paşinyana növbədən kənar Parlament seçkilərində erməni xalqı etimad göstərdi. Yəni onlar müharibə əleyhinə olduqlarını seçkilər vasitəsilə nümayiş etdirdilər.

Hazırda isə müharibə əhval-ruhiyyəsini qızışdırmaq, revanşist, millətçi, radikal kəsimi hazırki proseslərə daxil etmək istiqamətində fəaliyyət göstərən “Qarabağ klanı”nın mənsubları öz fəaliyyətləri ilə kənar güclərin sülhü sabotaj etmək niyyətində olsalar da bu da baş tutmayacaqdır”.