Sarkozi həbsxanaya göndərilməyəcəkbackend

Sarkozi həbsxanaya göndərilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək.

Məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib.

Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib.

Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.